"İrəvan fürsət güdür, biz onların silahlanmasına imkan verməyəcəyik" - Tural Abbaslı

18:55 15 Yanvar 2024

"Prezidentin yerli kanallara müsahibəsi çox strateji idi. Mən Zəngəzur və sülh müqaviləsi ilə bağlı hissəni diqqətlə dinlədim. Prezident bildirdi ki, Ermənistan ciddi silahları alsalar, Azərbaycan preventiv addımlar atacaq. Bu o deməkdir ki, həm silahları bazaya aparılarkən yolda vuracaqlar. Biz Ermənistanın silahlanmasına imkan verməyəcəyik. İrəvan hücum silahları almaqdan imtina etməlidir. Müdafiə silahlarının alınması ilə bağlı problem yoxdur. Əgər dövlət təhlükəsizliyi üçün silahlanırlarsa müdafiə silahları alsınlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

O bildirib ki, Ermənistan revanşa, müharibəyə hazırlaşır: " Biz bunu çox gözəl analiz edirik. Ermənistan beynəlxalq siyasi vəziiyətin dəyişməsini gözləyir ki, Azərbaycana hücum eləsin. Azərbaycan indi güclü mövqedədir. Həm beynəlxalq nüfuz baxımından, həm siyasi, iqtisadi hərbi baxımdan güclüyük və Ermənistana şərtlərimizi diqtə etməliyik. İndi Ermənistan da öz şərtlərini diqtə etməyə can atır. Ona görə də, sülh müqaviləsinin imzalanması gecikəcək. Bu ilin sonuna qədər də imzalanmaya bilər. Çünki əsas məsələlərlə bağlı razılıq yoxdur". 

T.Abbaslının sözlərinə görə, delimitasiya və demaarkasiya  məsələsinin həllini sonraya saxlayaraq sülh müqaviləsi imzalamaq ideyası da effekt vermədi: "Çünki bu Ermənistana lazım deyil. Ermənistan hazırki sərhədlərinin Azərbaycan tərəfindən tanınmasını istəyir. Azərbaycanda da tanımaq istəmir. Prezident İlham Əliyev nəinki Zəngəzur, hətta İrəvanın taleyi barədə danışdı. Bunlar gələcəyə dair mesajlardır, plan-proqramlardır. 

Nərgiz, 

Sitat.info 



Xəbər xətti