İsrailin müdafiə naziri Yoav Gallant Qəzzaya hücumların 101-ci günündə diqqətçəkən açıqlamalar verib. “Qəzzanı fələstinlilər idarə edəcək”, deyə - Qallant bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu isə daha əvvəl dəfələrlə “Qəzzadakı müharibədən sonra hakimiyyətdə Fələstin administrasiyasının qalmasına qarşı olduğunu” bəyan edib.
İsrailin hərbi kabineti daxilində fikir ayrılığı artır. Aralarında gərginlik olan İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qallant da Qəzzanı kimin idarə edəcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
Qallant İsrailin hücumlarının sona çatmasından sonra blokadada olan Qəzza zolağına fələstinlilərin hakim olacağını deyib: "“Qəzzada fələstinlilər yaşayır və buna görə də gələcəkdə burada fələstinlilər hökm sürəcək. Gələcək Qəzza hökuməti Qəzza zolağından çıxmalı və İsrail dövlətini təhdid etməyən qüvvələrə əsaslanmalıdır və israillilərin zərərini deyil, Qəzza sakinlərinin rifahını hədəfləyən alternativ mülki hökumət təklif etməlidir".
Netanyahu isə Qəzzada müharibədən sonra hakimiyyətdə Fələstin administrasiyasının olmasına qarşı olduğunu bildirib.
Qəzza zolağının şimalındakı quru hücumunun intensiv mərhələsinin sona çatdığını bildirən Qalant, cənubdakı hücumların intensiv mərhələsinin də tezliklə bitəcəyini qeyd edib.
Məğrur,
Sitat.info