"Qəzzada savaş dayanmadıqca, İsrailə qarşı əməliyyatlar da dayanmayacaq" - Abdullahian

11:16 18 Yanvar 2024

Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qəzzadakı münaqişənin Yaxın Şərqdə gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.

Abdullahiyan bildirib ki, Qəzzada müharibə bitərsə, “Müqavimət oxu”nun İsrailə və İsrail maraqlarına qarşı hücumları da sona çatacaq.

Sitat.info xəbər verir ki, Abdullahiyan Qəzzada soyqırımına son qoyulacağı təqdirdə bölgədəki hərbi əməliyyatlara və böhranlara da son qoyulacağını  deyib:

“Qırmızı dənizin təhlükəsizliyi Qəzzada baş verən hadisələrdən asılıdır və İsrailin Qəzzada törətdiyi cinayətlər dayanmayınca hamı zərər çəkəcək... Bütün müqavimət cəbhələri aktiv olaraq qalacaq”. 

İranlı nazir çıxışında “Müqavimət Oxunun” Yəmən ayağını təşkil edən Husilərin hücumlarına toxunaraq, Qırmızı dənizin təhlükəsizliyinin Qəzzada baş verən hadisələrə bağlı olduğunu vurğulayıb.  

"İsraillə əlaqəli gəmilər, qlobal dəniz gəmiçiliyinə təsir göstərir. Qırmızı dənizin təhlükəsizliyi Qəzzada baş verən hadisələrdən asılıdır.

Nərgiz,

Sitat.info



Xəbər xətti