"O, elə bir fiqur deyil ki, həbsi Azərbaycan-Ermənistan münasibətlərində nəyisə dəyişdirsin"

13:35 21 Fevral 2024

"Kamil Zeynallı elə əhəmiyyətli fiqur deyil ki, onun həbsi hər hansı siyasi məqsəd daşısın. O Ermənistanla bağlı nə kimi addımlar atıb? Onun sözünün hər hansı çəkisi də yoxdur. Cinayət işi ilə bağlı gərək Azərbaycan da maraqlana ki, hansı motivlə bağlıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, K.Zeynallı hərbi əməliyyatlarda iştirak etməyib, buna görə də ona cinayət işi qaldırmaq absurddur:

"Kamil Zeynallı hərbçi deyil, hərbi əməliyyatlarda iştirak etməyib, əsirlərlə kontaktı olmayıb. Ona nəyə görə cinayət işi qaldırılıb? Bəlkə də məişət zəminində başqa əməli olubsa, bu başqa məsələ. Ancaq o, elə fiqur deyil ki, həbsi Azərbaycanla Ermənistan arasında münasibətlərdə nəyisə dəyişdirsin. Bu qədər milli qəhrəmanlarımız, siyasəçilərimiz var. Ermənistan-Azərbaycan müharibəsində aktiv təbliğatçılarımız var, məsələn biri mən. Kimə cinayət işi qaldırılıb? Və yaxud biz Ermənistan tərəfdən kimə cinayət işi qaldırmışıq...  İnterpol xətti ilə axtarılırsa, buna hüquqi müstəvidə aydınlıq gətirilməlidir. Bura siyasəti qarışdırmaq nəyə lazımdır. Bəlkə də həbsin siyasi motivi yoxdur". 

Məğrur,

Sitat.info



Xəbər xətti