"Bu hesabla Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib".
Bu sözləri Sitat.info-ya açıqlamasında fitnes məşqçisi Kamil Zeynallının həbsinə münasibət bildirən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər əlləri sallana-sallana Rusiyaya daxil olur, Moskvada görüşlər keçirir, təlimat alır və geri qayıdırlar: " Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan Prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər".
Politoloq hesab edir ki, Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır: " Qonşularımızı yaxşı tanıyaq!".
Ayna,
Sitat.info