"Fransa bu addımları ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gücləndirir" - Hərbi ekspert

16:09 22 Fevral 2024

"Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Bəs Fransa nə edir? Əksinə, dünən Makron Paşinyanla görüşündə Qarabağa ermənilərin qeyd-şərtsiz qayıtmasından danışır, erməniləri silahlandırır, Ermənistanın Azərbaycana ərazi iddialarını gücləndirir. Birmənalı şəkildə Fransa 30 illik işğal tarixinə malik olan  Ermənistanı dəstəkləyir. Biz isə Rusiyadan yapışaq? Niyə hamı ilə eryni vaxtda düşmən olmalıyıq? Rusiyada 2 milyondan artıq vətəndaşımız yaşayır". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Rusiya-Azərbaycan münasibətlərinə toxunan hərbi ekspert Ədalət Verdiyev deyib. 

Makronun ermənilərə verdiyi vədləri dəyərləndirən hərbi ekspert bildirib ki, onun sözlərinə artıq öz yaxın ətrafı belə inanmır: "Azərbaycanın qarşı tərəfə cavabı necə qeyri-mütənasib adlandırıla bilər. Biz bizə atəş açanları saymalıydıq ki, neçəsi ölü, neçəsi yaralıdır?  Qeyri-mütənasibliyin formulasını biz müharibə vaxtı ortaya qoymuşuq - 1-ə 10...İstəyirlər qəbul etsinlər, istəmirlər etməsinlər. Ermənistandan ötrü bu qədər narahat olan Makron, 30 illik işğal dövründə niyə sərhədlərdən bəhs etmirdi, 1 milyondan artıq məcburi köçkünlə bağlı səsini çıxartmırdı, ərazilərimizin minalanmasına indi də heç nə demir, 8 kəndimizin hələ də işğal altında olduyğunu dilə gətirmir. 30 il ərzində şəhərlərimizin talan edilməsindən danışmır, 3890 vətəndaşımızın bu gün də harada olduğundan xəbər yoxdur -bundan danışmır. Ən azı onların bir dırnağını versinlər, bu belə edilmir. O itkinlər arasında mənim 4 əsgərim var, hələ də valideynlərinin gözü yoldadır. 32 il keçib üstündən, bir çoxlarının valideynlərinin ürəyi partladı, dünyadan köçdü. Makron bu barədə niyə danışmır. Torpaqlarımızın 30 illik işğalının kompensasiyasından, bu rəqəmin milyardlarla ölçüləcəyindən niyə danışmır. Onlarla sual var". 

Ekspert bildirib ki, Makron Fransanı çox hörmətsiz vəziyyətə salan, ən bərbad fəaliyyət göstərən prezident kimi tarixə düşdü. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti