"Ermənistan vəzifəli şəxsləri də axtarışa vermiş ola bilər" - Tural Abbaslı

18:27 22 Fevral 2024

"Kamil Zeynallının şəxsini qabartmaq düzgün deyil. Ermənilər onun etdiklərinə görə qisas almaq istəyirlər. Burada şou yaratmaq niyyəti də yoxdur. Dövlətlərarası məsələlərdə şou yaratmaq Kamil Zeynallı və ya digər sadə vətəndaşın gücündə deyil. Burada 3 dövlətin - Azərbaycan, Ermənistan və Rusiyanın adı hallanır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Onun sözlərinə görə, müharibə vaxtı Ermənistan əleyhinə danışanlar çox idi:

"Onların da axtarışa verilməsi mümkün haldır. Bu hadisənin olması yaxşı idi ki, dövlət artıq ayıldı. Bildi ki, Ermənilərin bu kimi addımları yenə də ola bilər. Danışıqlar zamanı bu məsələləri də masaya yatırmaq lazımdır. Xocalı soyqırımında birbaşa iştirakını etiraf etmiş şəxslər var. Gərək biz Ermənistanın yarısını axtarışa verək. 

Bu insident olduqca təşvişverici bir hal idi. Bir idmançını axtarışa verirlərsə, deməli, hərbçiləri, nazirləri və digər vəzifəli şəxsləri də axtarışa vermiş ola bilərlər".

Tural Abbaslı deyib ki, hökumətin çevik addımı alqışa layiqdir:

"Məsələ məhkəməyə getmədən problemin həll olunması yaxşı bir haldır. Məsələ o idi ki, bizim vətəndaşımız orada hansısa planın qurbanı olmalı deyil. Harada axtarışa verilməsindən asılı olmayaraq hökumət heç bir vətəndaşı darda qoymamalıdır.

Türkan

Sitat.info



Xəbər xətti