Neftin daha da ucuzlaşmasını bu amillər məhdudlaşdırır

14:17 23 Fevral 2024

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin azaldığını göstərən məlumatlar  neftin ucuzlaşmasında rol oynayıb. ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 3,5 milyon barel artaraq 443 milyon barrelə çatdığını açıqlayıb. Strateji xam neft ehtiyatları 700 min barrel artıb.

Bundan əlavə, ölkədə faiz dərəcələrinin bir müddət daha yüksək səviyyədə qalması neft tələbini azaldacağı üçün də qiymətlərin aşağıya doğru hərəkətini tətikləyir.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini nə vaxt endirməyə başlayacağı ilə bağlı qeyri-müəyyənlik davam etsə də, ekspertlər gələcək ipuçları üçün Fed rəsmilərinin şifahi göstərişlərini izləyirlər.

FED-in sədr müavini Filip Cefferson dünən deyib ki, əgər iqtisadiyyat ümumiyyətlə gözlənildiyi kimi inkişaf edərsə, siyasət faizini azaltmağa ilin sonunda başlamaq məqsədəuyğun olar.  FED prezidenti Patrik Harker qeyd edib ki, FED-in faiz dərəcələrini çox erkən endirməsi risk yaradır.

Digər tərəfdən, Qırmızı dənizdə davam edən münaqişələrin qlobal neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıq qiymətlərin ucuzlaşmasını məhdudlaşdırır.

ABŞ Mərkəzi Komandanlığı da çərşənbə günü Yəməndə İranın dəstəklədiyi husilərə qarşı Qırmızı dənizdə 4 "müdafiə hücumu" həyata keçirdiklərini açıqlayıb.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 84,31-85,94 dollar arası müqavimət, 82,68-81,05 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti