"Ermənistan və Fransanın müdafiə nazirlərinin imzaladığı sənədlərə görə Azərbaycan XİN-i dərhal reaksiya verməli, Fransanın Azərbaycandakı səfirini nazirliyə dəvət etməlidir. Ona bildirilməlidir ki, Fransa prezidenti 2 gün öncə Parisdə bildirdi ki, biz Ermənistana yalnız müdafiə xarakterli silah-sursat veririk. Bu gün isə müəyyən olundu ki, hücum silahları da verəcək.Fransanın müdafiə naziri baş nazir Paşinyan və müdafiə naziri Suren Papikyanla keçirdiyi mətbuat konfransında bəyan etdi ki, biz Ermənistana orta və uzaqmənzilli raketləri də verməyə hazırıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, orta və uzaqmənzilli raketlər o deməkdir ki, bizi bu gün ən çox narahat edən bu olmalıdır: " Fransanın verdiyi radarlar Ermənistanda oturub Yevlax, Kürdəmir və digər ərazilərimizdə hərəkətlliliyi izləmək gücündədirlərsə, raketlər daha ciddi məsələdir. Təbii ki, Ermənistan silahları alan kimi bizə hücuma keçməyəcək, ancaq Ermənistanı hazırlayırlar".
Ü.Cəfərov hesab edir ki, Ermənistan məhz bu dəstəyin sayəsində açıq şəkildə KTMT-dən çıxır: " Peskovun Ermənistanın hələ bu barədə müraciət etməməsini açıqlaması da çox hiyləgərcədir. Ötən ilin fevralında Paşinyan KTMT-dən çıxacaqlarını bəyan etmişdi və 1 il ərzində hazırlıq prosesi apardı. Fransadan, Hindistandan, Yunanıstandan və digərlərindən silah almağa nail oldu. Elə Rusiyadan da aldığı silahlar var. Rusiya özü Ukrayna cəbhəsində can verir, ancaq Ermənistana silah ötürür. Guya pulunu öncədən almışdı və hələ indi verir".
Məğrur,
Sitat.info