Ruslar Hindistan vətəndaşlarını aldadaraq Ukraynaya qarşı müharibəyə cəlb edirlər: Təfərrüatlar açıqlandı

19:30 26 Fevral 2024

Ruslar Ukraynaya qarşı müharibədə Rusiya qüvvələri ilə birlikdə döyüşmək üçün göndərilmiş ən azı onlarla Hindistan vətəndaşını aldadıblar. Qeyd olunur ki, yeni çağırışçılardan biri raket hücumu nəticəsində həlak olub.

Sitat.info xəbər verir ki, BBC jurnalistləri Qucaratdan olan Hemal Aşvinbhainin öldüyünü öyrəniblər.

Fevralın 23-də Hemalın atası oğlu ilə üç gün əvvəl danışdığını bildirib. Onun sözlərinə görə, oğlu Ukrayna sərhədindən 20-22 km aralıda olub və bir neçə gündə bir dəfə zəng edib.

Digər Hindistan vətəndaşlarının məyus ailələri federal hökumətdən onları evlərinə gətirməyi xahiş ediblər. Rusiyada hərbi kafedrada assistent” kimi işə götürülən 22-31 yaş arası aldadılan şəxslərin “təlim” adı ilə döyüş meydanına göndərildiyi bildirilir.

Rusiyadakı hind mənbələri onlarla hindlinin Rusiya ordusuna qatıldığını iddia edir. Bununla belə, Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, son bir ildə həqiqi hərbi xidmətə cəlb olunanların sayı 100-ə yaxındır.

Hindistan Xarici İşlər Nazirliyi “bəzi Hindistan vətəndaşlarının Rusiya ordusunda köməkçi vəzifələrə çağırıldığını” etiraf edib.

Nazirlik həmçinin "bütün Hindistan vətəndaşlarını ehtiyatlı olmağa və bu münaqişədən uzaq durmağa" çağırıb.

Məğrur,

Sitat.info



Xəbər xətti