Paşinyan 4 kəndin qarşılığında görün nə istədi: "Bu mümkün deyil"

14:43 29 Fevral 2024

"Erməni mənbələrinə görə, baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O həmçinin bildirib ki, bu mümkün deyil: "Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur".

Politoloqun fikrincə, Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq: " Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil".

Ayna,

Sitat.info



Xəbər xətti