Siyasi şərhçi: Avropa İttifaqının Azərbaycanın tərəfdaşı olması məsələsi də sual altındadır

17:27 2 Mart 2024

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Avropa Bilik Yarışmasının rəsmi açılış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycanın uzunmüddətli tərəfdaşı olduğunu, tərəflər arasında sıx tərəfdaşlıq əlaqələrinin olduğunu deyib

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, məsələyə iki kontekstdən yanaşmaq lazımdır:

"Avropa İttifaqı Azərbaycanın tərəfdaşıdırsa, niyə bu tərəfdaşlıq əməldə və siyasi müstəvidə göstərilmir? Niyə Avropa İttifaqı hələ də Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir və Ermənistanın başının altına yastıq qoyur? Niyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dəstək vermir?".

K. Novruzov deyib ki, bu suallar cavabsız qaldığı təqdirdə, deməli, Avropa İttifaqının Azərbaycanın tərəfdaşı olması məsələsi də sual altındadır: 

"Digər bir tərəfdən, adətən, müxtəlif dövlətlər, təşkilatlar öz siyasətlərini, ideologiyalarını təbliğ etmək məqsədi ilə yumşaq güc amilindən istifadə edirlər. Səfirin haqqında danışdığı peşə təhsili məsələlərindəki əlaqələr, azərbaycanlı gənclərin Avropaya getməsi və ya avropalı gənclərin Azərbaycana gəlməsi Azərbaycanda Avropa İttifaqının təsirlərinin güclənməsinə xidmət edir. 

Azərbaycanda baş tutan Avropa İttifaqının təlimlərində gənclərə verilən hədiyyələrin üzərində logolarının olması da, onların tanınmasına, təbliğinə yönəlib. Bütün bunlara ictimai şüura əsir etmə, manipulyasiya kontekstindən yanaşmaq lazımdır. Ona görə ki, bütün bunlar Avropa İttifaqının ölkədəki təsir gücünü artırır. Bununla da gənclər Avropaya daha çox meyillənir".

Türkan

Sitat.info



Xəbər xətti