Tural Abbaslı: Məqsəd Ermənistanın hədəfə gəlməməsidir

14:07 18 Mart 2024

"NATO baş katibinin Azərbaycana səfərini qeyri-adi səfər kimi qiymətləndirmirəm. Bu adi regiona səfərdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

O Düşünür ki, əsas səfər Ermənistana nəzərdə tutulub. Ermənistana səfərin məqsədi Ermənistanın Rusiya qarşısında hədəfə gəlməməsidir:

"NATO ilə Azərbaycan münasibətləri uzun illərdir bəllidir. Azərbaycan Qoşulmayanlar Hərəkatına üzvüdür deyə heç bir hərbi bloklara qoşulmayacaq".

T. Abbaslı deyib ki, NATO-nun baş katibinin Azərbaycana səfərindən Qərb və Azərbaycan münasibətlərinin əlaqəsini görmürəm:

"Azərbaycana qarşı Qərbin mövqeyi bəllidir. Bu münasibətlər yəqin ki, kəskinləşərək davam edəcək və hər halda bir yerdə qırılma nöqtəsi olacaq. Prezidentin görüşlə bağlı mediaya verdiyi açıqlamalardan da görünür ki, bu ümumi bir görüşdür. Yəni hər hansı bir konkret mövzu detallı şəkildə müzakirə olunmayıb".

Kənan Yusif

Sitat.info



Xəbər xətti