"Qırıcı təyyarə öz surəti ilə bu raketləri ötüb keçib" - Professor İranın ballistik raketlərini gülüş hədəfinə çevirdi

19:09 16 Aprel 2024

"İranın İsrailə PUA hücumu sadə insan üçün, izləyici üçün qisas kimi görünə bilər. Amma böyük dövlət statusu daşıyan, hamını hədələyən İran sözün əsl mənasında rüsvay oldu. Gah Amerikaya deyir ki, səni süpürüb okeana atacam, İsrailə deyir ki, səni süpürüb Aralıq dənizinə qərq edəcəyik. Döyüş əməliyyatları başlamazdan əvvəl belə danışırdılar. Uzun illər İsraili təhdid ediblər, silah arsenalı ilə öyünüblər. İstehsal etdikləri raket və PUA-larla hücuma keçdilər. Bu PUA-lardan çox yarıyolda qaldı, bəziləri İsrail hava hücumundan müdafiə sistemi tərəfindən vuruldu. ABŞ, Böyük Britaniya və İordaniya təyyarələri də İran dronlarını və ballistik raketlərini də İraq, Suriya üzərində vurdular. 1 raket İsarail hərbi bazasına düşdü, ciddi bir narahatlığa da səbəb olmadı və qısa müddətdə təmir edildi". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli İranın İsrailə hücumunu şərh edərkən deyib.

Q.Hüseynlinin sözlərinə görə, İran bu hücumla öz hərbi texnikasının zəifliyini ifşa etmiş oldu: "Belə bir həqiqət ortaya çıxdı ki, İran SEPAH generallarının şişirtdiyi qədər güclü deyilmiş. Hərbi texnikadan başı çıxan bir adam kimi deyirəm ki, İran raketlərinin uçuş sürəti çox aşağı idi. Bu uçuşun sürətinin aşağı olması yanacağın keyfiyyəti ilə, raketin pillələri ilə, ötürücülük qabiliyyətinin aşağı olması ilə bağlıdır. İrandan İsrailə 1500 km məsafədir. Rusiyada belə saatda 12 min km məsafə qət edən raketlər var. Bəlli prinsiplərlə istehsal olunan raket bu qədər aşağı sürətdə olmamalıdır və saatda 10 min km-dən uçmalıdır. İran raketləri isə İsrailə 2 saata gəlib çatıb. Qırıcı təyyarə öz surəti ilə bu raketləri ötüb keçib, ona zərbələr endirib. Bu belə ola bilməz. İranın raket sistemi həddindən artıq arxaik bir sistemdir. Lovğalıqla hərbi sirr xarakterli informasiyaları da BMT-yə qədər hər yerdə yaydılar. 15 dəqiqə sonra da müharibənin dayandığını və hücumun məqsədinə nail olduğunu dedi. İsraildə hədəfləri məhv etdiklərini açıqladılar. Lazımi uçuş yüksəkliyi olmadığından elektrik naqillərinə ilişib. Bu hallarda necə əminliklə danışa bilərlər...".

Məğrur,

Sitat.info



Xəbər xətti