Prezident Rəcəb Tayyib Ərdoğan gecə yarısı Milli Kəşfiyyat İdarəsinin sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla İctimai Külliyedə təcili toplantı keçirib.
Məlum olub ki, Ayhan Bora Kaplan cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Ankara İl Polis İdarəsində çalışan dövlət məmurlarının evlərində rəqəmsal materialların ələ keçirilməsi üçün axtarış aparılıb. Ankara Respublika Baş Prokurorluğu Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən ictimaiyyət arasında Ayhan Bora Kaplan cinayət təşkilatı kimi tanınan silahlı cinayət təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində, videolar və səs yazıları ilə bağlı istintaq başladıldı. Haqqında ömürlük həbs tələbi ilə cinayət işi açılan qaçaq şübhəli Serdar Sertçelikin görüntüləri mediada əks olunub.
Bu proseslərin ardınca MHP lideri Bahçeli açıqlamasında bu vəziyyətin bir neçə polis rəisinin vəzifədən uzaqlaşdırılması ilə həll edilə bilməyəcək bir sui-qəsd olduğunu vurğulayıb. Baxçalının sözlərindən sonra prezident Ərdoğan axşam saatlarında Prezident Külliyesində ədliyyə naziri Yılmaz Tunç və MİT sədri İbrahim Kalınla görüşüb.
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ankaranın fəaliyyətindən narahat olanlar daxildə narahatlıq yaratmağa çalışırlar: "Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı dövlət çevrilişinə cəhd olunduğunu qeyd edib. Polislərdən ibarət bir qrup bu məsələdə şübhəli bilinir. Prezident Ərdoğanın apardığı siyasət Türkiyənin beynəlxalq güc yolunda inamla irəliləyir. Ankaranın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır. Bu çevrilişin arxasında FETÖ olduğu istisna edilməməlidir. FETÖ sıradan tam çıxarılmayıb. Bir neçə ölkədə və Türkiyənin özündə hücrələri fəaliyyət göstərir".
O bildirib ki, Türkiyə ordusunda FETÖ ilə bağlı ciddi təmizləmə oldu: "2016-ci ildə ordunun çevriliş cəhdini polis qarşısını aldı. Görünür, FETÖ polis sistemində iş aparmağı hədəfləyib. FETÖ rəhbəri Fətullah Gülən ABŞ -dadır və fəaliyyətini davam etdirir. Türkiyədə polisdə ciddi təmizləmə işləri həyata keçiriləcək".
Politoloq hesab edir ki, Türkiyənin Şimali İraqda PKK-ya qarşı planlaşdıran geniş miqyaslı hərbi əməliyyatlar öncəsi çevriliş cəhdi bu əməliyyatın qarşının alınmasına yönəlib: "Qeyd edim ki, 2016-ci ildə çevriliş vaxtı Türkiyə Şimali Suriyada anti-terror əməliyyatı planlaşdırırdı. İndiki çevriliş cəhdi Türkiyənin terror təşkilatlarina qarşı hərbi əməliyyatların qarşısını almasına yönəlib".
Məğrur,
Sitat.info