Qərbdə Putini cin atına mindirən müzakirələr: Fransadan sonra bu iki ölkə də gündəmə gətirdi...

12:41 15 May 2024

Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilən Ukraynaya qoşun yeridilməsi ilə bağlı müzakirələr Avropada yenidən rezonans doğurub. Bu müzakirələrə daha bir ölkə qoşulub...

Estoniya prezidentinin təhlükəsizlik üzrə müşaviri Madis Roll  verdiyi açıqlamada ölkəsinin Ukraynanın qərbinə əsgər göndərilməsini ciddi şəkildə müzakirə etdiyini bildirib. Söhbət ukraynalı əsgərlərdən müharibə ilə birbaşa əlaqəsi olmayan və cəbhə  arxasında həll edilməli olan vəzifələri öz üzərinə götürməkdən gedir. Madis Roll hökumətin belə bir addımı təhlil etdiyini bildirib. 

"Estoniya əslində NATO missiyasının bir hissəsi olaraq bunu etməyə üstünlük verəcək"- deyib. 

Mövzu ilə bağlı müzakirələrin davam etdiyini bildirən Prezidentin Təhlükəsizlik Müşaviri Roll hər ehtimalı nəzərə almalı olduqlarını vurğulayıb.

Yerli mətbuatın məlumatına görə, Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin belə bir təşəbbüsünün olmadığını bildirib.
***

Litvanın baş naziri İnqrida Simonyte də ötən həftə ölkəsinin təlim missiyası çərçivəsində Ukraynaya əsgər göndərməyə açıq olduğunu bildirib. Belə bir addımın Rusiya tərəfindən təxribat sayılacağını etiraf edən Litvanın baş naziri Simonyte, "Rusiyanın reaksiyasını nəzərə alsaq, Ukraynaya heç nə göndərə bilməzdik. Eşidirik ki, hər dəfə kiməsə nüvə silahı ilə hücum ediləcək".

Hökumətin bu təklifi sonradan Litva parlamenti tərəfindən qəbul edilib, lakin Kiyev administrasiyası bu günə qədər Litvadan bu məsələdə heç bir kömək istəməyib.
Xatırladaq ki, son aylarda Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Avropa ölkələri arasında Ukraynaya qoşun yeridilməsi ilə bağlı konsensus yoxdur, lakin bu ehtimalı da nəzərdən qaçırmaq olmaz.
Makron vurğulayıb ki, Rusiya öz hücumlarını artırarsa, bütün Avropa liderləri Ukraynaya qoşun göndərmək barədə düşünməli olacaqlar.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti