Ukrayna iki yerə bölünə bilər: "NATO da Ukraynanın bölünməsində maraqlıdır..."

13:38 17 May 2024

Rusiya Ukraynada taktiki üstünlüyü ələ alıb. Qərbin silahların verilməsini gecikdirməsi, Dneprin şərqini Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər. Bununla Rusiya ilə danışıqlara Ukrayna məcbur edilir və Dneprin şərqi Rusiyanın tam nəzarətinə keçir. Ardınca Rusiya və Ukrayna arasında atəşkəs əldə edilir və üzüm müddətli danışıqlar aparılır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Rusiya Xarkovu işğal edərsə, əməli yardımlar gecikirsə, Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiya güzəştə gedir deməkdir: " Amma, Rusiyanın dayanması mümkün görünmür. Qərb hesab edir ki, Ukrayna xalqı Qərb və Şərqdən ibarətdir. Şərqi Ukrayna Rusiya tərəfindən işğal edildikdən sonra Qərbi Ukraynanı NATO və Avropa İttifaqına qəbul edəcək". 

Rusiya təkcə Ukraynanın şərqini deyil, Odessa olmaqla Qara dəniz sahilini işğal etməyi hədəfləyib. Rusiya Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, paytaxt Xarkov olmaqla ikinci Ukrayna dövləti elan etməsinə gedə bilər. Yaxın 20 gün ərzində Ukraynaya Qərbin ayırdığı silahlar çatdırılmasa, Xarkov işğal olunsa, Vaşinqton başda olmaqla NATO Ukraynanın iki yerə bölünməsində maraqlıdır".

M.Əsədullazadə vurğulayır ki, Rusiya Ukraynanın Şərqini tam işğal etməklə durmayacaq: "Kremlin əsas strateji hədəfi Şərqi Avropa və Baltikyanı ölkələrdir. NATO-nu 1997-ci il sərhədlərinə geri çəkmək. Ukraynanın indiki hakimiyyəti Dneprin şərqini güzəştə getməyəcək. Qərb Ukraynanın iki yerə bölünməsi ilə razılaşarsa, Moskva Vaşinqton üzərində həlledici qələbə qazanacaq".

 Məğrur,

Sitat.info



Xəbər xətti