"İran-Azərbaycan əlaqələrində problem olmayacaq" - Politoloq

15:57 22 May 2024

Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlayıb. İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü. Əlbəttə ki, Azərbaycan İranla problemdə maraqlı deyildi. Daima İranla əməkdaşlığa üstünlük verib. Amma, Tehranın Azərbaycana qarşı siyasəti ikinci Qarabağ müharibəsindən sonra düşmən səviyyəsinə yüksəlib davam edirdi. Proseslərin arxasında SEPAH və mühafizəkar kəsim dururdu. Amma, siyasi sistem daxilində anti-Azərbaycan qüvvələri önə çıxmışdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran siyasi sistemində Azərbaycana münasibət mənfidir və bizi istəmirlər: "İranda növbəti seçkilərdə yenidən mühafizəkar qanad seçkidə qalib gələcək. İran parlamentinin sədri doktor Qalibafın prezident seçilməsi mümkün ola bilər. İranın Ali dini rəhbəri S. Ə. Xameneinin mövqeyi burada əsas və əhəmiyyətlidir. Parlament sədri Qalibaf prezident seçilərsə, İran Azərbaycan əlaqələri indiki müstəvidə davam edəcək".

M.Əsədullazadə qeyd edib ki, bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan asılı deyil, İran rəhbərliyindən asıldır: " Göründüyü kimi, İran Azərbaycanla problemdə deyil, əməkdaşlıqla davam etmək qərarı verib. Məhz prezident İlham Əliyev İran səfirliyində baş sağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı.

Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək. Çünki, Azərbaycana qarşı iki il ərzində həyata keçirdikləri təzyiqlər müsbət nəticə vermədi".

Nərgiz,

Sitat.info



Xəbər xətti