"Ermənistanda Kilsənin siyasi mövqeyinin zəiflədilməsi Azərbaycanla sülhə müsbət təsir edəcək".
Bu fikri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistanda Kilsə- hakimiyyət qarşıdurmasi yeni mərhələyə keçib: "Kilsənin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasını bəhanə edərək siyasi hərəkətlənməsi əsasən, Rusiyadan verilən təlimat əsasında həyata keçirildi. Erməni Apostol kilsəsi Ermənistanda keçmiş hakimiyyətlə birgə hərəkət edir".
M.Əsədullazadə vurğulayıb ki, kilsənin önə çıxması və etirazlar təşkil etməsi, hakimiyyət tərəfindən ona agent damğası vurulması ilə nəticələnib: "N. Paşinyan Kilsəni Rusiyanın agenti olaraq xarakterizə etməsi Baş keşiş 2-ci Qareginə ünvanladi. Bu ayın sonundan başlayaraq hakimiyyətin Kilsəyə qarşı hücumları aktivləşəcək. Kilsənin siyasi proseslərə təsiri kifayət qədər azaldacaq. Növbəti Konstitusiya referendumunda kilsə ilə bağlı bəndlər çıxarılması həyata keçiriləcək".
Politoloq hesab edir ki, artıq Paşinyan Rusiyanin Ermənistanda hərbidə, siyasi müstəvidə mövqeyini zəiflədib, növbəti olaraq Erməni Apostol kilsəsi hədəfdədir: "Bununla, Kilsə Ermənistanda kifayət qədər dini- siyasi ideoloji təsirini zəiflədəcək. Baş nazirin Kilsəni və keşişləri agent elan etməsi sıradan hadisə deyil. Bu erməni kilsənin siyasi iflası və uzun illər xarici ölkəyə işləyən agentura şəbəkəsi olduğunun nümayişidir".
Siyasi şərhçi əlavə edib ki, Ermənistanda kilsənin zəifləməsi Azərbaycanla razılaşmalara və sülh müqaviləsinə müsbət təsir edəcək: "Ermənistan əhalisinə Azərbaycan düşmənçiliyi ideologiyası fiaskoya uğramış olacaq. N. Paşinyan bununla xalqa göstərir ki, baş verən etirazlar və Azərbaycanla sülhə mane olmaq xarici sifarişdir və bu sifarişi Kilsə həyatə keçirir".
Məğrur,
Sitat.info