Rusiya-Ukrayna müharibəsinin taleyini həll edən döyüş: Ya Ukrayna bölünür, ya da...

16:50 24 May 2024

"Xarkov uğrunda döyüş Ukrayna müharibəsinin taleyini həll edəcək. Əgər Rusiya Xarkovu götürə bilsə, Ukrayna mənəvi və fiziki olaraq sınacaq, artıq Rusiyanın diqtə etdiyi sülh və ya atəşkəs şərtləri danışılacaq. Gürcüstan və Ermənistan avtomatik Rusiya nüfuz dairəsinə keçəcək. Beləliklə, Putin SSRİ 2.0 layihəsini sınıq-salxaq da olsa yekunlaşdıracaq".

Bu sözləri politoloq Turab Rzayev Sitat.info-ya açıqlamasında səsləndirib. 

O bildirib ki, əgər Rusiya Xarkovu götürə bilməsə, onda bu uzun mənasız sərhəd döyüşlərinin Rusiyaya bir xeyri olmayacağı ortaya çıxacaq: "Qərbdən daimi maliyyə, silah və döyüşçü yardımı alan Ukrayna müharibəni davam edə biləcək. Hətta, gələcəkdə daha yüksək texnologiyalı silahlar, aviasiya və uzaqmənzilli raketlər ilə müharibənin gedişi dəyişə də bilər. Hətta Fransa kimi ölkələr cəsarətlənə, Makron Ukraynaya Avropa ordusu göndərmək istəyə bilər".

Təsadüfi deyil ki, Çin tərəfinin təqdim etdiyi və Rusiyanın təklif etdiyi həll planında Ukrayna 3 hissəyə bölünürdü: "İndi işğal edilən ərazilər və Odessa Rusiyada qalır, Dnepr çayının sol sahili Kiyev mərkəzli müstəqil Ukrayna dövləti olur, çayın sağ sahili isə, şərqi Kiyev də daxil olmaqla, paytaxtı Xarkov olan neytral, əslində isə Rusiya yönümlü dövlət olur. Hər şey Xarkovdan asılıdır".

Seymur,

Sitat.info



Xəbər xətti