Məxfi sənədlər sızdı! ABŞ müharibədən sonra Qəzzanın idarəetməsində yer tutmağa çalışır...

19:07 24 May 2024

ABŞ-ın müharibədən sonra Qəzza administrasiyasında “əhəmiyyətli” rol oynamağa hazırlaşdığı iddia edilir. İddia edilib ki, ABŞ administrasiyası Qəzzada “müharibədən sonra” formalaşacaq və “əsasən Fələstin qüvvələrindən ibarət olacaq” təhlükəsizlik bölməsinin rəhbəri vəzifəsinə ABŞ mülki müşavirini təyin etməyi düşünür.

Sitat.info xəbər verir ki, Politico-nun xəbərində adı açıqlanmayan 4 ABŞ rəsmisinə əsaslanaraq, Vaşinqton administrasiyasının İsrailin Qəzzada işğalı sona çatdıqdan sonra, Fələstinli olan birlik komandiri və səlahiyyəti hələ bəlli olmayan ABŞ mülki müşavirinin rəhbərlik edəcəyi bir güc strukturu qurmağı planlaşdırdığı iddia edilir. 

Pentaqon, Xarici İşlər Nazirliyi və Ağ Evdə keçirilən təkbətək görüşlərdə, təyin ediləcək mülki müşavirin (ABŞ-ın regionun gələcəyini müəyyən etdiyi təəssüratının yaranmaması üçün) Qəzzadan deyil, Sinay və ya İordaniyadan işləməyi planlaşdırdığı ortaya çıxdı.

İddia edilən dörd məmur bu məsələ ilə bağlı məxfi sənədlərin administrasiya daxilində aylardır müzakirə edildiyini və birliyə rəhbər təyin ediləcək mülki məsləhətçinin bölgənin xaosa sürüklənməsinin qarşısını almaqda “əhəmiyyətli rol oynayacağını”  deyiblər. 

İddialar Politico-nun mart ayında sızdırdığı məxfi sənədlərə bənzəyir.
Mart ayında sızdırılan və “Politico” tərəfindən dərc edilən məxfi sənədlərə görə, ABŞ Dövlət Departamenti İsrailin hücumları bitdikdən sonra bölgədə “Qəzza Müvəqqəti Təhlükəsizlik Missiyası” (TSMG) adlı silahlı birlik yaradılmasını təklif edib.

“İsrailin hərbi əməliyyatına dəstək verən ABŞ-ın Fələstin xalqının reaksiyasını çəkməmək üçün missiyanın ABŞ-ın komandanlığı altında olmadığını vurğulanıb və planlaşdırılan  Missiya rəhbərinin ərəb ölkəsindən və fələstinli olacağı qeyd edilir. Onun quracağı dilahlı birlikdə 2 min fələstinli və min ərəb olmalı idi. Missiyanın başına ABŞ-dan bir mülki müşavir təyin ediləcəyi qeyd edilirdi. 

 Məsələ ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel isə deyib ki, ümumiyyətlə, hökumətin mövqeyini əks etdirməyən sənədlərə münasibət bildirməyəcəklər. 

Nərgiz,

Sitat.info



Xəbər xətti