Qarabağ və Şərgi Zəngəzura köçənlər Bakıya dönmək istəyəcəkmi? Natiq Cəfərlinin şərhi

12:19 30 May 2024

"Demək olar ki, hər gün işğaldan azad edilmiş torpaqlarımıza köçün davam etməsi ilə bağlı xəbərlər görürük, oxuyuruq, ürəyimiz dağa dönür, qürurlanırıq. Amma... Hökumətin rəsmi qurumlarının nümayəndələri ilə müxtəlif müzakirələr zamanı bu məsələ ilə bağlı həmişə eyni sual vermişəm, amma cavab ala bilməmişəm: Niyə ölkənin digər rayonlarından son 35 ildə Bakı və Abşerona camaat köç etdi? Nədən, məsələn, Kürdəmirdən, Lənkərandan, Qazaxdan, Qusardan, Beyləqandan və digər rayonlardan insanlar Bakı-Abşerona köçdü, amma sonra geri qayıtmadı?!".

Bu sözləri Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki,  hökumət son 25 ildə regionlara (işğaldan azad edilmiş regionlar xaric) 105 mlrd. manat, və ya 130 mlrd. dollara yaxın yatırım qoyduğunu elan edib, bəs niyə o boyda yatırım insanları geri, öz ata-baba ocağına qayıtmağa sövq etmədi: "Yaxşı, indi işğaldan azad edilmiş ərazilərə 14,5 mlrd manat artıq yatırım edilib, 2030-cu ilə qədər daha 50-55 mlrd. manat yatırım ediləcək.  Bəs köçənlərin bir müddət sonra geri qayıtmaq istəməyəcəyinin zəmanəti varmı?!

Bu sualın cavabını tapmadan, bu məsələ ətrafında düşünmədən Qarabağ və Şərgi Zəngəzura köçün orqanik, qalıcı və effektiv olacağına ümid azdır. Eyni idarəetmə sistemi, eyni yanaşma ilə, məsələn, Ucar, Astara, Ağcabədi və s. rayonlardan necə Bakı-Abşerona köç oldusa, eləcə də işğaldan azad edilmiş rayonlardan da olacaq".

İqtisadçı hesab edir ki, hələ ki, xalqımızı torpaq həsrəti, vətənpərvər hisslər ata yurduna çəkir, sonra real həyat başlayacaq, işsizlik, sosial infrastrukturun olmaması, eyni başlayan, eyni bitən rutin günlər insanları yoracaq: "Əgər desələr ki, yox, belə olmayacaq, o zaman bir daha eyni sual yaranır – 130 mlrd. dollara yaxın yatırım edilməsinə baxmayaraq, niyə vətəndaşlar ölkənin digər rayonlarından son 35 ildə Bakı-Abşerona köçdü, amma sonra geri qayıtmadı?! Nədən?!". 

Nərgiz,

Sitat.info



Xəbər xətti