Cəlilabadda müəllim öz evini məktəbə çevirib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov yazıb.
Onun sözlərinə görə, mart ayında yağan güclü qar rayonun Musalı kənd tam orta məktəbinin inzibati binasının bir hissəsini uçurmuşdu.
Yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülmüşdü.
Lakin bu məktəbdə yer çatışmadığı üçün iki sinfin şagirdləri Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyevanın evində təhsil alırlar.
SİTAT.İNFO