Stoltenberq: Rusiya ərazisini vurmaq üçün NATO silahlarından istifadə edilməlidir

13:39 31 May 2024

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada yeni cəbhə açdığına işarə edərək, Ukraynanın Rusiya ərazisini vurmaq üçün müttəfiq ölkələrin təchiz etdiyi silahlardan istifadə edə bilməsi lazım olduğunu vurğulayıb.
Sitat.info xəbər verir ki, Stoltenberq Çexiyanın paytaxtı Praqada davam edən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi mətbuata açıqlama verib.

Müttəfiq ölkələrin Ukraynaya verdiyi silahların Rusiya ərazisinə hücum üçün istifadə oluna biləcəyi ilə bağlı müzakirələrə gəlincə, Stoltenberq bunun Ukraynanın özünümüdafiə hüququna aid olduğunu bildirib və belə davam edib:

"Onu da əlavə edim ki, Rusiyanın yeni cəbhələr açdığını gördükcə bu vəziyyət daha da aktuallaşır. İndi onlar yenidən şimaldan Xarkov vilayətinə hücum ediblər. Cəbhə xəttində isə sərhəd xətti az-çox eynidir. Onlar Rusiya daxilində yerləşən artilleriya və raketlərlə Ukraynanı vururlar  və təbii ki, Ukrayna da özünü müdafiə etmək üçün cavab verə bilməlidir”.

Rusiyanın Ukraynaya artilleriya birlikləri ilə hücum etdiyinə diqqət çəkən Stoltenberq deyib: "Bu hücumları dəf etmək üçün qabaqcıl silahlardan istifadə etmələrinə icazə verilməsə, Ukraynanın özünü müdafiəsi çox çətin olacaq".

“Rusiya regionda gərginliyi artırır” 

Rusiya prezidenti Vladimir Putinin “Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə hücuma icazə verərsə, bunun ciddi nəticələri olacaq” xəbərdarlığına cavab verən Stoltenberq bunun yeni bir söz olmadığını bildirib.

Stoltenberq deyib:

"Müttəfiqlərimiz bunu uzun illərdir və ya bu müharibə başlayandan bəri edir. 2022-ci ildə onlar razılaşıblar ki, silahlar Ukrayna daxilində qanuni hədəflərə qarşı hücumlarda da istifadə oluna bilər. Məsələn, Böyük Britaniya Ukraynanı "Fırtına kölgəsi" qanadlı raketləri ilə təmin edir. Uzun müddətdir ki, NATO müttəfiqləri Ukraynaya dəstək verəndə Kreml belə  deyir."

Putinin Qərbin Ukraynaya verdiyi dəstəyin qarşısını almaq üçün "təhdid etməyə çalışdığını" ifadə edən Stoltenberq, mövzu ilə bağlı son açıqlamaların da bu siyasətin bir parçası olduğunu qeyd edib.

Stoltenberq deyib ki, regionda gərginliyi artıran nüans müttəfiqlərin silahdan istifadə etməyə icazə verməməsi və nəticədə Rusiyanın yeni cəbhə açmasıdır: Ukraynanın hücuma cavab verməməsini düşünmək təbii ki, ağlabatan deyil, çünki Ukrayna da hücum etməlidir. Rusiyadan onlara atılan raket və artilleriyaya əks zərbə endirməklə öz ərazisini müdafiə edə bilməlidir”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti