Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra KTMT çıxacaq..

23:38 31 May 2024

"Ermənistan KTMT-nin növbəti toplantısına qatılmadı. Demək olar ki, de-fakto Ermənistan KTMT-dəki fəaliyyətini dayandırıb. Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq siyasəti regional təhlükəsizliyə töhfə verir. Məhz bunun nəticəsidir ki, Moskvanın israrla Qarabağ məsələsini gündəmədə saxlamağına rəğmən N. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bununla da Paşinyan Qarabağ məsələsini Ermənistanın gündəmindən çıxartdı: " Bu, Kremlə Ermənistan tərəfindən vurulan ən böyük strateji sillə idi. Təbii ki, Azərbaycan Qarabağ məsələsini həll edib, gündəliyi bağlamışdı. Buna baxmayaraq Moskva Qarabağ kartını əldən verməməyə çalışırdı".

M.Əsədullazadə vurğulayıb ki, Paşinyan KTMT -dən çıxmaq üçün müəyyən zaman gözləyir: "Birincisi, Azərbaycanla sülh müqaviləsidir. İkincisi, Rusiyanın Ukraynada strateji və hərbi məğlubiyyətidir. Ermənistan KTMT-dən çıxarsa, növbəti hədəf Rusiya hərbi bazasının bağlanması olacaq.

Qeyd edim ki, Rusiya rəhbərliyi qonşu ölkələri təhdid etməyə başlayıb. NATO və ABŞ-la qarşıdurma fonunda Kreml qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Rusiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri post-sovet məkanıdır və bu ölkələrin müstəqilliyinə nisbi yanaşır. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməlidir".

Məğrur,

Sitat.info



Xəbər xətti