İranda yeni prezident kim olacaq?

23:44 31 May 2024

İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra prezident seçkiləri üçün namizədlərin müraciəti prosesi başlayıb. Keçmiş parlament sədri Əli Laricani və keçmiş nüvə müzakirəçisi Səid Celili müraciət edərək namizədliklərini rəsmən açıqlayıblar.

İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra prezident seçkiləri üçün namizədlərin müraciət prosesi başlayıb. İyunun 28-də keçiriləcək prezident seçkilərində qeydiyyat prosesi 5 gün çəkəcək, 7 gün namizədlərin ixtisas səviyyəsinin yoxlanılmasına, 14 günü isə namizədlərin təbliğat-təşviqat kampaniyasına həsr olunacaq.

Daxili işlər naziri Əhməd Vahidi seçkilərin tam təhlükəsizlik şəraitində, yüksək rəqabət və geniş iştirakla keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Namizəd olmaq istəyənlər Daxili İşlər Nazirliyinə gedərək şəxsən müraciət ediblər. Onlardan biri də İran parlamentinin keçmiş sədri Əli Laricani olub. Laricani, "İqtisadi məkanı açmaq üçün ABŞ-ın sanksiyaları məsələsini həll etmək diplomatik prioritetlərimdən biri olacaq" deyib.

İranda namizədliyini elan edən mühüm adlardan biri də mühafizəkar qanadın mühüm nümayəndəsi olan keçmiş nüvə müzakirəçisi Səid Cəlili olub.

Celili, "Bu gün qlobal tendensiyalar göstərir ki, bizim tarixi fürsətimiz var. Əgər bir xalq tarixi imkanları nəzərdən qaçırarsa, tərəqqi yolunda geridə qalacaq".

İran Konstitusiyasına görə, hazırkı prezident vəfat edərsə, yeni prezident ən çox 50 gün ərzində seçilməlidir. İranda prezidentlər konstitusiyanı qoruyanlar şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti