Rusiya -Ukrayna müharibəsi qlobal təhlükəsizliyi təhdid edir...

20:03 3 İyun 2024

"Rusiyanın Ukraynaya hərbi hücumu dünyada yeni siyasi münasibətlər sistemində dərin böhran yaradıb. Bu böhran dünyanın siyasi və təhlükəsizlik arxitekturasında mənfi təsir edərək, bir çox ölkələrin müstəqilliyinə təhdid yaradıb. Xüsusilə, Şərqi Avropa ölkələri və və post-sovet məkanı Moskvanın aqressiv siyasəti ilə üzləşib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ABŞ və NATO Ukraynada Rusiyanın hərbi işğalını durdurmasa, Moskva Avrasiya İttifaqını de-yure siyasi ittifaq edərək, qonşu ölkələri bu birliyə hərbi təzyiqlər yolu ilə üzv edəcək: "Baş verənlər onu göstərir ki, Rusiya fövqəl dövlət olmaq və öz təsir dairəsini formalaşdırıb, Qərbi uzaq tutmağa çalışır. Məhz davam edən böhranlı sistem və bundan sonrakı siyasi proseslərsə ABŞ və NATO post-sovet ölkələrinin müstəqilliyinin qarantıdır deyə bilərik".

M.Əsədullazadə onu da qeyd edib ki, Rusiya müdafiə naziri KTMT müdafiə nazirlərinin iclaslarında NATO Cənubi Qafqazda və MDB məkanında təsir dairəsini inkişaf etdirməsinə sərt mövqe bildirməsi məhz regionun Moskvanın təsir dairəsinə daxil olduğunu mesajını verir: "Rusiya Cənubi Qafqazdan və Mərkəzi Asiya regionundan getməməyə çalışır. Ukraynada qalib gəlmək Moskva üçün strateji önəm daşıyır və fövqəl dövlət olmasını şərtləndirir. Bunun üçün Rusiya Ukraynada nüvə silahı tətbiq etməyə də gedə bilər. Amma, Qərbin adekvat cavabı Moskvanı çəkindirir. Ukraynada müharibə yeni mərhələyə və bu müharibədə Qərb SSRİ Əfqanıstanda məğlub etdiyi kimi, Ukraynada da məğlub edəcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti