Kremldə ciddi narahatlıq! Ukrayna Qərb silahları ilə hücumda...

15:32 7 İyun 2024

"Ukrayna Qərb silahların vasitəsilə Rusiyanın son aylarda intensivləşən hücumunun qarşısını ala bildi. Qərbin verdiyi silahlarla Kiyev Qara dənizdə və Rusiya ərazisində hərbi hədəflərə dəqiq zərbələr endirir. Həmçinin Rusiya qoşunlarının hücum tempini kifayət qədər aşağı salıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, hazırda Ukraynada Fransa, Almaniya və ABŞ hərbi təlimatçıları hərbiçilərə təlim verilən silahların idarə edilməsində iştirak edir: "Yoxsa, Ukrayna qısa müddətdə Qərb silahları ilə Rusiyanın kifayət qədər güclü hücumunun qarşısını ala bilməzdi.

Rusiya prezidenti Vladimir Putin Qərbin verdiyi silaharın yaratdığı nəticədən narahatdır. Bir neçə aydan sonra, Ukraynanın əks hücum əməliyyatlarını həyata keçirməsi gözlənilir. Xüsusilə, Fransa ordusu Belarusla sərhəddə yerləşərək, buradakı Ukrayna qüvvələri əks-hücum əməliyyatında iştirak etməsi nəzərdə tutulur. Növbəti əks-hücum əməliyyatlarında F-16 iştirak etməsi mümkün ola bilər".

M.Əsədullazadə vurğulayıb ki, Rusiya -Ukrayna müharibəsinin yaxın perspektivdə ikitərəfli danışıqlara keçməsi gözlənilmir: "Rusiya qüvvələri məğlub olmasına baxmayaraq V. Putin Qərblə anlaşmaya getməyəcək. Tərəflər arasında münaqişənin sülhlə yekunlaşması Ukrayna və Rusiya da prezidentlərin dəyişməsindən sonra mümkün ola bilər".

 Nərgiz,

Sitat.info



Xəbər xətti