Azərbaycanın İsraillə bağlı siyasətində dəyişiklərə ehtiyac var - Məhəmməd Əsədullazadə

13:44 17 İyun 2024

"Azərbaycan İsraillə siyasətinə yenidən baxmalıdır. İlk növbədə Türkiyə ilə bu istiqamətdə kordinasiyalı siyasət aparılmalıdır. İsrail Türkiyəyə qarşı şimali Suriyada PKK və YPG terror təşkilatına dəstək verir. Şimali Suriyada Türkiyə əleyhinə YPG terror təşkilatının muxtariyyət yaradılması üçün siyasi və lojistik dəstəyini artırıb. Türkiyə məhz Azərbaycana görə Ermənistanla uzun illərdi ki, əlaqələr qurmur". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycan İsrail-Fələstin məsələsində rəsmən müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir: " Cənab prezident İlham Əliyev Misirə səfəri çərçivəsində Qahirədə mətbuat konfransında bunu bəyan etdi. Hətta Qəzzada yaşanan faciəni durdurulmasının vacibliyini qeyd etdi. Azərbaycan Yaxın Şərq və müsəlman ölkələri ilə bağlı siyasətində Türkiyə ilə eyni xətti davam etdirəcəksə, strateji uğurlar əldə edəcək. Bugün Azərbaycanın Cənubi Qafqazda güclənməsi və xarici təzyiqləri neytrallaşdırılmasında Türkiyə ilə müttəfiqliyimiz mühüm rol oynayır".

M.Əsədullazadə  vurğulayıb ki, Ankaranın İsraillə bağlı siyasətinə Azərbaycan dəstək verə bilər: " Geosiyasi şərtlər dəyişib və yeni reallıqlar yaranıb ki, İran Azərbaycan taktiki təlimləri keçirilir. Bugün Azərbaycan qonşulari ilə sıfır problem siyasəti həyata keçirir. Məhz prezident İlham Əliyevin bu istiqamətdə uğurlu siyasəti Azərbaycanın geosiyasi mövqelərini gücləndirir".

Məğrur,

Sitat.info



Xəbər xətti