Rusiya bu yolla sülh müqaviləsinə mane olmağa çalışır: Ermənistan iki böyük gücün məngənəsində...

17:04 21 İyun 2024

"ABŞ, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ikitərəfli danışıqlar aparır. Xüsusilə ABŞ Dövlət katibinin müavin və köməkçisinin Ermənistana səfəri, ardınca Dövlət katibi E. Blinkenin prezident İlham Əliyevə telefon zəngi əsasən, sülh müqaviləsinin bağlanmasına hesablanıb. Rusiya isə Ermənistanla sülh müqaviləsinin bağlanmasına maksimum mane olmağa çalışır".

Bu sözrləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, hətta, Kremldən Qərblə əməkdaşlıqda Ermənistanın milli maraqlarının qorunmadığını və Rusiya ilə əməkdaşlıq olarsa, daha çox maraqları qorunacaq kimi açıqlamalar verilir: "Yəni Moskva deyir ki, bizlə əməkdaşlıq etsəniz sizi tam müdafiə edərik ki, Azərbaycana qarşı işğalı apara bilərsiz. Ötən gün Paşinyan da Rusiyaya ehyam vuraraq dedi ki, Ermənistanı qonşularla düşmən etməkdə maraqlı olanlar var".

M.Əsədullazadənin fikrincə,  Rusiya maksimum çalışır ki, Ermənistanda hakimiyyət dəyişikliyi etsin və sülhə mane olsun: "ABŞ və Türkiyə maksimum sülhə çalışır. Məhz prezident  Ərdoğanın baş nazir Nikol Paşinyanla telefon danışığı və ardınca Bodrumda prezident İlham Əliyevlə görüşə getməsi zamanı sülh istiqamətində müəyyən detallar müzakirə edildi. ABŞ, Türkiyə, Azərbaycan və Ermənistan müştərək sülh üzərində işləyir".

Məğrur,

Sitat.info



Xəbər xətti