"Yoxsullar daha da yoxsullaşır, varlılar daha da varlanır" - Yerli iqtisadi reallığın yaratdığı problem...

11:22 10 İyul 2024

"Hətta rəsmi statistika belə yoxsulların gəlirlərinin azaldığını, varlıların qazanclarının artdığını göstərir. Ev təsərrüfatlarının büdcə müayinəsi ilə bağlı 2024-cü ilin 1-ci rübü üzrə açıqlanmış hesabata görə, əvvəlki ilin eyni dövrünə nisbətən ən yoxsul 10 faiz əhali qrupunun aylıq adambaşına gəlirləri 10 faizə yaxın azalıb. Amma ən zəngin 10 faiz əhali qrupu üzrə adambaşına aylıq gəlirlər 15 faizə yaxın artıb. Göstərilən dövrdə bu qrupların adambaşına gəlirləri arasında fərq 3,7 dəfədən 4,7 dəfəyə yüksəlib".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

O bildirib ki,gəlirlərin həcmi və aradakı fərqlə bağlı rəqəmlər reallığı tam əks etdirməyə bilər: " Amma xüsusilə pandemiyadan sonra Azərbaycanda yoxsulların daha da yoxsullaşdığını, zənginlərin daha zənginləşdiyini göstərən siyasi və iqtisadi şərtlərin yaranmasını bir neçə dəfə yazmışam.

Büdcə resurslarının kəskin artımı və bu resurslara biznesin qeyri-bərabər çıxışı, sərhdlərin bağlı olması səbəbindən, xüsusilə xıra ticarətin ağır zərbə alması, yüksək inflyasiya və ona uyğun gəlirlərin indeksləşdirmə mexanizminin (xüsusən özəl sektorda) işləməməsi bu vəziyyətin fundamental səbəblərindən sayıla bilər". 

Seymur,

Sitat.info



Xəbər xətti