ABŞ -da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur.. ABŞ NATO sammitinə Azərbaycan və Ermənistanı tərəfdaş kimi dəvət edib. Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Vaşinqtonun bu dəvəti etməsi əsasən Cənubi Qafqazda formalaşmış yeni reallıqları öz strateji müstəvisinə çıxarmaqdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, xüsusilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi olaraq regionda strateji hədəfini inkişaf etdirməkdir: "ABŞ çalışacaq ki, xarici işlər nazirlərinin görüşünü təşkil etsin. Ümumiyyətlə, ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib. Bu görüşlər tərəflər arasında mümkün etimadın formalaşmasına gətirib çıxarıb. Qeyd edim ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutarsa, razılaşdırılmış və müzakirə edilən məsələlər ətrafında danışıqlar gedəcək".
M.Əsədullazadə deyib ki, ümumiyyətlə, artıq belə bir görüşlərə ehtiyac yoxdur: "Azərbaycan və Ermənistan ikitərəfli şəkildə müxtəlif platformalarda danışıqlar aparır. Sadəcə, ABŞ Cənubi Qafqazda sülhün bərqərar edilməsində öz mövqeyini ortaya qoymağa çalışır".
Məğrur,
Sitat.info