Müharibənin gedişini dəyişən YENİLİK! F-16 təyyarələri bu yay Ukrayna səmasında uçacaq...

20:22 10 İyul 2024

ABŞ dövlət katibi Blinken Danimarka və Hollandiyanın F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcəyini, təyyarələrin bu yay Ukraynaya çatacağını bildirib.
Sitat.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda NATO-nun Sammiti çərçivəsində keçirilən “NATO İctimai Forumu” tədbirində çıxış edib.

Ukraynanın Rusiyanın təcavüzünə təsirli şəkildə cavab verməsi üçün dəstəyin davam edəcəyini bildirən Blinken, çox güclü dəstək paketi üzərində çalışdıqlarını ifadə etdi.

Blinken, Danimarka və Hollandiyanın F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcəyini və təyyarələrin bu yay Ukraynaya çatacağını bildirib.

ABŞ dövlət katibi deyib ki,  F-16 döyüş təyyarələri bu yay Ukrayna səmasında uçacaq.

Hollandiya, ABŞ və Danimarkadan BİRGƏ BƏYANAT
 

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden, Hollandiya baş naziri Dik Skoof və Danimarka baş naziri Mette Frederiksen F-16 transferləri ilə bağlı ortaq yazılı açıqlama verib.

“Danimarka və Hollandiya hökumətləri ABŞ-ın dəstəyi ilə F-16-ları Ukraynaya bağışlamaq prosesindədir”, - deyə məlumatda bildirilir. 

Transfer prosesinin başladığı bildirilən açıqlamada, F-16 döyüş təyyarələrinin bu yay istifadəyə veriləcəyi açıqlanıb.

Açıqlamada təhlükəsizlik baxımından əlavə detalların verilə bilməyəcəyi və Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaqda qərarlı olduqları bildirilib.

Açıqlamada dördüncü nəsil müasir F-16 döyüş təyyarələrindən ibarət donanmanın Ukraynaya təhvil veriləcəyi, təlim dəstəyinin də veriləcəyi bildirilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti