Gürcüstan ABŞ və Aİ-dən imtina edib Rusiya ilə yaxınlaşır: Kreml ən önəmli vədinə əməl edəcəkmi?

10:01 11 İyul 2024

"Avropa İttifaqı Gürcüstanla inteqrasiya prosesini dayandırıb. Həmçinin ABŞ və Almaniya Gürcüstanla birgə hərbi təlimlərdən imtina edib. Avropa İttifaqı Gürcüstan hökumətinə ayırdığı 10 milyon avronu QHT və mediaya ayıracaq. Qərbdən Gürcüstan hökumətinə təzyiqlər artır. Amma, Gürcü Arzusu geri çəkilmir. Qalmaqallı "Xarici agentlər" haqqında qanunu qəbul edərək, seçkilərə gedir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Gürcüstan hakimiyyətinin Qərblə əlaqələri aşağı salması, iqtisadiyyata mənfi təsir edəcək.

"Avropa İttifaqı və ABŞ Gürcüstana sanksiyaları seçkilərə kimi davam etdirəcək. Əsas məqsəd seçkilərdə hakim partiyanın qalıb olmasının qarşısını almaqdır. Gürcüstan hakimiyyətini anti-Qərb siyasəti birbaşa "boz kardinal" Bidzina İvanaşvilinin təlimatı əsasında həyata keçirilir. Görünür, Moskva ilə Abxaziya və Cənubi Osetiya məsələsində razılığa gəlməyə çalışır".

M.Əsədullazadə vurğulayıb ki, Gürcüstan hakimiyyəti Qərbi Gürcüstandan tam çıxarır: "Əvəzində Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa edir. Həmçinin Rusiyanın orbitinə daxil olur. Əgər, Moskva Abxaziya və Cənubi Osetiya məsələsində Tiflisə söz veribsə, bu söz olaraq qalacaq".

Məğrur,

Sitat.info



Xəbər xətti