Türkiyədə sabiq maliyyə nazirinin oğlu nənəsini öldürdü

11:43 1 Avqust 2024

Türkiyənin keçmiş maliyyə naziri, CHP-dən olan keçmiş millət vəkili Əbdüllətif Şənərin oğlu Bədirxan Şənər nənəsi Leyla Çətinəri güllələyərək öldürüb. 

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Bədirxan Şənər əvvəlcə naməlum səbəbdən yaranan ailə münaqişəsi fonunda ana nənəsini girov götürüb, ardınca odlu silahdan atəş açaraq öldürüb.

Bədirxan Şənər polis tərəfindən saxlanılıb.

Keçmiş nazir jurnalistlərə açıqlamasında oğlunun psixoloji problemlərinin oluğunu, nənəsini də bilməyərəkdən vurduğunu deyib.

 



Xəbər xətti