İran-İsrail gərginliyi yeni pillədə- Qarşıdakı günlərdə bunlar olacaq...

10:21 9 Avqust 2024

İran-İsrail savaşının hər an baş verə biləcəyi bildirilir. Tərəflər bir-birilərinə meydan oxuyurlar. Ancaq söz savaşı hələ ki, meydan müharibəsinə keçməyib.

Əslində, müharibə başlasa bu, meydanda yox, göydə olacaq. Raketlər, dronlar işə düşəcək ki, bunun da nəticəsi ağır ola bilər.

Sitat.info-nun məlumatına görə “The Guardian” yazıb ki,  İran HƏMAS liderinin öldürülməsinə görə İsrailə qarşı repressiyaları yenidən nəzərdən keçirə bilər.

Nəşr bildirir ki, digər müsəlman ölkələri Tehranın hərbi cavabını açıq şəkildə dəstəkləmir və daha məqsədyönlü hərəkət etmək ehtimalı var.

Bu arada İsrail rəsmiləri belə qənaətə gəliblər ki, Livanın “Hizbullah” silahlı qruplaşması İsrailin yüksək rütbəli komandir Fuad Şükrü öldürməsinə cavab olaraq yaxın bir neçə gün ərzində hücum həyata keçirməkdə qərarlıdır, lakin onun İranla nə dərəcədə koordinasiya edəcəyi bəlli deyil.

Belə nəticəyə gəlinir ki, İran mülki şəxsləri deyil, hücuma görə məsuliyyət daşıyanları, xüsusilə də Mossad və onun etibarlı nümayəndələrini hədəf almaq niyyətindədir.

Digər tərəfdən İran hökumətində müharibə ilə bağlı fikir ayrılıqları var. Xüsusilə də prezident Pezeşkian müharibənin əleyhinədir və hesab edir ki, indiki vaxtda belə bir savaşın başladılması nə İran hökumətinin, nə də İran dövlətinin xeyrinə deyil. /Musavat.com



Xəbər xətti