"Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu Moskva üçün gözlənilməz olub. Bu hücum Rusiya kəşfiyyatının zəif olduğunu üzə çıxartdı. Ukrayna bu əməliyyata günlərlə hazırlaşıb və Rusiya qoşunlarının Donbas istiqamətində intensiv irəliləməsini əngəlləmək və digər cəbhə açmaqla, Rusiya qüvvələrini parçalamağa nail olmaqdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ukraynanın növbəti irəliləyişi və tutduğu ərazilərdə möhkəmlənməsi çətin ola bilər: "Amma, müqaviməti davam etdirərsə, hücumları dəf edəcəksə, bu ərazilərin Ukrayna ərazisinə birləşdirilməsi üçün açıqlama verilə bilər. Bundan sonra, Ukraynanın Rusiyanın ərazilərinə hücum və intensiv raket atışları mütəmadi olacaq".
M.Əsədullazadə hesab edir ki, Kiyev təkcə Rusiyanın Ukrayna ilə sərhədləri boyu hücumlarla kifayətlənməyəcək: "Növbəti hücumda Krıma desant qüvvələri çıxara bilər. Hücumda F16 təyyarələri, dənizdə hücum katerleri, qurudan ATACMS raketləri ilə Krımla Rusiyanın bütün əlaqələrini kəsməsi mümkün ola bilər. Ukrayna Rusiyaya qarşı geniş əməliyyatlar hazırlayıb. Məhz Rusiya ərazisinə hücum bu planın tərkib hissəsidir".
Nigar,
Sitat.info