Ukraynanın ağıllı və mürəkkəb planı: Kreml yeni reallıqla barışacaqmı?

15:58 9 Avqust 2024

"Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişləri dayanıb. Əvvəldən qeyd etdiyim kimi, Ukraynanın məqsədi Rusiya ərazilərini nəzarətdə saxlamaqla mümkün danışıqlarda Kremllə ərazi mübadiləsinə nail olmaqdır. Yəni, danışıqlarda Ukrayna şərt irəli sürür ki, o, Kurskda nəzarətə götürdüyü yerləri qaytarır, Rusiya isə əvəzində Ukraynanın ərazilərindən bir qismini boşaldır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

O bildirib ki, bu yaxşı düşünülüb, ağıllı gedişdir amma ərazi mübadiləsi ilə bağlı praktiki nəticələr tez bir zamanda nəzərə çarpan deyil: " Ümumiyyətlə bu planın baş tutması Ukrayna qoşunlarının Kurskda möhkəmlənə bilmək dərəcəsindən asılıdır ki, bu da mürəkkəb görünür. 

Üstəlik, Rusiya bundan sonra Ukrayna ilə sərhədlərində nəzarəti və kəşfiyyat imkanlarını gücləndirməyin zəruri olduğunu dərk edir".

Nigar,

Sitat.info



Xəbər xətti