İsrail və İran arasındakı gərginliyin hara aparacağı maraqla gözlənilir. ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəs əldə olunarsa, İranın hücumdan əl çəkə biləcəyini proqnozlaşdırır.
Qəzzada atəşkəsin getdikcə çətinləşdiyini vurğulayan Bayden razılaşma uğrunda mübarizədən əl çəkmədiyini bildirib.
Sitat.info xəbər verir ki, Baydanden sonra məsələ ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü müavini Vedant Patel bunun üçün gecə-gündüz çalışdıqlarını bildirib.
“Bölgədəki hər kəs anlamalıdır ki, bundan sonrakı hücumlar ancaq münaqişə, qeyri-sabitlik və etibarsızlıq mühiti yaradacaq. Ona görə də gərginliyi azaltmaq üçün diqqətimizi diplomatiyaya yönəltmıliyik.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre ən yaxşı yolun razılaşma olduğunu təkrarlayıb: "Biz tərəflərin masa arxasına oturmalı olduğuna inanırıq. Atəşkəs razılaşmasının əldə edilməsi bu gərginliyi azaltmağın ən yaxşı yoludur. Atəşkəs elan etməklə müharibənin dayandırmasını təmin etmək lazımdır".
Ardıcıl bu açıqlamalardan sonra Amerika dövlət katibi Entoni Blinken İsrail və HƏMAS arasında avqustun 15-də Doha və ya Qahirədə keçirilməsi planlaşdırılan atəşkəs danışıqlarından əvvəlki Yaxın Şərq səfərini təxirə salıb.
Blinkenin səfərinin “regiondakı qeyri-müəyyənlik” səbəbindən təxirə salındığı bildirilib. Qeyd edək ki, Blinkenin Qətərə, Misirə və İsrailə səfəri gözlənilirdi.
Nigar,
Sitat.info