Kəndli üçün son 2 ildə 2 dəfə artım! Bölgələrdə "şərikli internet" trendi yaranacaq...

17:05 14 Avqust 2024

"Eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa, şərikli İnternet olacaq? Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb".

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, son iki ildə Aztelekom və Baktelecom dövlət operatorlarının qiymət siyasəti aşağıdakı kimi olub:

2022-ci ilədək olan dövr

4 Mb/s -   10 manat; 

10 Mb/s - 12.5 manat

2022

15 Mbit/s - 15 manat;

30 Mbit/s - 18 manat

2023

40 Mbit/s – 18 manat

2024-  15 avqust

100 Mbit/s - 25 manat

Burada reallıq nədən ibarətdir? İlk öncə qeyd edim ki, əlçatanlıq baxımından, biznes və inkişaf baxımından , rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb. Amma əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur. Regionlarda, kəndlərdə yaşayan bəılli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni, elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir".

O.Gündüz vurğulyıb ki, regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi: "Ötən ildən isə Aztelekom bu minimal sürəti  50 % qaldırıb 18 manat (40 Mbit/s) etmişdi. İndi isə Aztelekom yenidən bu minimal tarifi 40% qaldıraraq 25 manat etməyi düşünür. Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında  ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zərurui olan internetin qiyməıti son iki ildə toplam 100% qalxıb".

O.Gündüz deyir ki, eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək  üçün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir: "AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın. Antiinhisar və İKTA ! Sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb. Istehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. Aztelekom da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir ? Nə baş verəcək ?

1. Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq;

2. Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək%

3. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq

4. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görsənəcək və s".

Məğrur,

Sitat.info



Xəbər xətti