Rusiya Qara dənizin şimalında ABŞ “peşka”larına qarşı döyüşür.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin “Vətən” Partiyasının lideri Doğu Perinçək deyib.
Onun sözlərinə görə, ABŞ iqtisadi və hərbi tənəzzüldədir, ona görə də Qərbi Asiyadan geri çəkilmək zərurəti ilə üzləşib:
“İran və Yəmən Mərkəzi Asiya cəbhəsində həlledici mövqe tuturlar. İsrail sionizminin təcavüzü Qəzzada və bütövlükdə Fələstində dalana dirənib. Dövlətlər hətta Qərb ölkələrinin dəstəyini itirən İsraili cilovlamağa çalışırlar”.
O, həmçinin qeyd edib ki, Türkiyə, Suriya, İraq, İran, Azərbaycan və Rusiyanın ərazi bütövlüyü və suverenliyi bir-biri ilə sıx bağlıdır, ona görə də “Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə qarşı silahlı kampaniyası” bütün bəşəriyyətin maraqlarına cavab verir.