İqtisadçıdan maraqlı atmaca: "Şeyxin idarəsi öz metadalogiyasını Statistika Komitəsi ilə də bölüşsün"

17:38 27 Aprel 2022

"Hökumətin rəsmi statistikasına görə ölkədə rəsmi inflyasiya 12,2%, ərqaz inflyasiyası isə 18%-ə yaxın olub. Bu il Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür".

SİTAT.İNFo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

İqtisadçı QMİ-nin fitrə məbləğini artmasına toxunaraq, bu qurumun real inflyasiyanı daha doğru hesabladığına işarə edib: "Keçən il QMİ-i fitrə zəkatının məbləğını 5-10 manat məsləhət görmüşdü, deməli QMİ-si ölkədə qiymət artımının, təxminən, 50% olduğunu ehtimal edir. Məncə Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir. Təklif edirəm ki, QMİ-i öz metadalogiyasını Statistika Komitəsi ilə də bölüşsün".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti