Çin indi də quş qripi ilə gündəmi dəyişir: Dünya yeni pandemiya astanasıdadır?

12:02 29 Aprel 2022

Dünyada artıq  pandemiyanın yoxa çıxdığı, karantin qaydalarının yumşaldığı dövrdə Çində yeni yaranan H3N8 quş qripi narahatlığa səbəb olub.

Çinin Şanxay və Pekin şəhərlərində hazırda ən sərt karantin qaydaları tətbiq olunur. Artıq dövlətlər Çinlə əlaqələrin dayandırılmasını, gediş-gəlişin məhdudlaşdırılmasını müzakirə edirlər.

Hər kəsi narahat edən odur ki, 3 il öncə olduğu kimi yenə də Çindən başlayan pandemiya bütün dünyanı bürüyə bilərmi?

Həkim-cərrah Adil Qeybulla Sitat.info -ya açıqlamasında sözügedən qripin nə dərəcədə təhlükəli olduğuna aydınlıq gətirib: “İlk dəfə quş qripi 100 il öncə H5N1 ştammı ilə İtaliyada aşkar edilib. Bu qripi daha çox köçəri quşlar yayır. Quş qripi insanlara qan vasitəsi ilə keçir.  Çində yaranan yeni ştamm da qrip virusunun patogen yayılan formasıdır” .

Professor bildirib ki, bu virusun da təhlükəli hal ala biləcəyini istisna deyil: "Bu virusun bütün dünyada pandemiya yaradacağı qənaətində deyiləm. Amma quş qripi daim mutasiyaya uğrayır və 2 mindən çox  spektrdə ştammları var. Bu ştammlar müəyyən dövrdə aqressiv formada özünü göstərə bilər. Çinin yüksək səviyyədə laboratoriyaları qripə qarşı tədbirlər görür". Adil Qeybullanın sözlərinə görə, dünya pandemiyadan çıxmış sayılır və bu sahədə xeyli təcrübə ortadadır: "Bu təcrübədən yararlanaraq müəyyən tədbirlər görüləcək. Təhlükəli məqam isə yalnız Rusiya-Ukrayna müharibəsinin yol aça biləcəyi yeni pandemiyalar ola bilər".

Nigar Mövsümova

SİTAT.İNFO



Xəbər xətti