Yanğından sonra yağ bahalaşacaqmı? 

17:15 29 Aprel 2022

Ötən gün ”Azərsun Sənaye Parkı”nda baş verən yanğında Azərsun yağ fabriki və anbarlarına ciddi ziyan dəyib. Sözügedən yanğında əsas depolama anbarlarından birinin sıradan çıxdığı bildirilib.Təkcə məhsula dəyən ziyanın 20-30 milyon manat həcmində olması ehtimal edilir. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən bütün dünyada yağ qıtlığı yaşanır. Bu da xüsusən duru yağla bağlıdır. Belə bir məqamda Azərbaycanın bir neçə aylıq yağ ehtiyatının sıradan çıxması səbəbindən yağ bahalaşacaqmı?


İqtisadçı ekspert Natiq Cəfərli SİTAT.İNFOya açıqlamasında “Azərsun” da baş verən yanğının fəsadlarına aydınlıq gətirib: ”İlkin məlumatlara əsasən, duru yağ bazarına təsirlərin, qablaşdırma ilə bağlı problemlərin olması ehtimalı var. Bu da təchizat zəncirlərinin axsamasına, qiymətlərin bahalaşmasına yol açan hadisədir".

Natiq Cəfərlinin sözlərinə görə, daha dəqiq və əhatəli məlumatlar vermək üçün dəyən ziyanın həcmi ilə bağlı rəqəmlərə ehtiyac var: "Bu rəqəmlər açıqlandıqdan sonra hesablamalar aparmaq mümkündür. Əgər ehtiyatlara böyük ziyan dəyibsə bu təchizat və qiymətlərdə də öz əksini tapacaq".

Ekspert Rusiya-Ukrayna müharibəsinə görə duru yağ bazarında müəyyən problemlərin olmasının da təsirini xüsusi vurğulayıb.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti