Pandemiya bitir: Maska ləğv olunsa da, PEYVƏND TƏLƏBİ QALACAQ...

21:56 29 Aprel 2022

Bildiyimiz kimi, ölkədə  karantin rejiminin qaydalarında yumşalmalara başlanılıb. Belə ki, artıq qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir. Bu qərar mayın 1-dən etibarən qüvvəyə minəcək.
Pandemiya azaldı, maska məcburiyyəti aradan qaldırıldı. Bəs peyvənd məcburiyyəti, vaksin pasportu tələbi nə vaxt ləğv olunacaq?

Məsələ ilə bağlı SİTAT.İNFO -ya açıqlama verən tanınmış həkim Zülfüqar Yusifov bildirdi ki, pandemiyanın sona çatmasını gündəlik həyatımızdan müşahidə edə bilərik: “Tibbi maskalardan istifadənin ləğvi də bununla bağlı məsələlərdəndir. Eyni zamanda pandemiya ilə bağlı  məhdudiyyətlər də ola götürülə bilər. Vaksinasiya gələcəkdə hər hansı bir infeksiyalardan, viruslardan qoruyan bir tədbir olduğu üçün, hələ bir müddət davam edəcək.
Heç bir təhlükə olmasa belə vaksinasiya tələb oluna bilər. Elə bir təsirli vaksin yaradıla bilər ki, bunun istifadəsini hər bir ölkə vacib sayar".


Safura Bənnayeva
Sitat.info



Xəbər xətti