Azərbaycanda 8 min nəfərin maaşı 2 dəfə artacaq - Bu şəxslərə aiddir

18:39 4 May 2022

"Həkimlərin maaş artırımı 8 minə yaxın həkimə şamil olunacaq ki, bu da əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək".

Sitat.info xəbər verir ki, bu sözləri "REAL TV"yə açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

O əlavə edib ki, bu, səhiyyə işçilərinin əməkhaqlarının ödənilməsi qaydasına cari il üzrə edilən 5-ci dəyişiklikdir.

Qeyd edək ki, iyunun 1-dən 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimin maaşı 14 ixtisasa uyğun olaraq 2 dəfə, digər ixtisas sahiblərinin maaşı isə 20-90 faiz həcmində artacaq.



Xəbər xətti