"Qazaxıstanın ədalətli mövqeyi Türk Dövlətləri Təşkilatının daxilində həmrəyliyi və beynəlxalq nüfuzu gücləndirəcək. Amma ədalətsiz qərar üçün də risklər var. Yenidən bütün diqqət Qazaxıstana yönəlib. Təyyarənin istehsalçı ölkəsi olan Braziliya tərəfi AZAL-ın vurulmuş təyyarəsinin qara qutularının analizi və oxunmasını başa çatdıraraq məlumatları yenidən Qazaxıstana göndərib. Prosesdə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri iştirak edib. Amma bu məlumatların tərəflərin hamısına verilməsi barədə açıqlama yoxdur. İndi vurulmuş təyyarəmizlə bağlı bütün baş verənlərin səbəbləri haqqında məlumatlar Qazaxıstanın hökumət komissiyasındadır. Görünür ki arxa planda, Rusiya, Qazaxsıtan və Azərbaycan arasında bu problem ətrafında diplomatik və siyasi "vuruşma" kulminasiya nöqtəsindədir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, ötən gün Prezident İlham Əliyevin yenidən bu mövzuda Rusiyaya qarşı sərt açıqlaması onu göstərdi ki, Brazilyada olan nümayəndələrimiz qara qutunın datası ilə ilə bağlı vəziyyəti ali rəhbərliyə çatdırıblar: "Görünür ki, təyyarənin Rusiya HHQ tərəfindən səhvən vurulması, enişə imkan verilməməsi, GPS-lərin söndürülməsi və nə üçün Aktau-ya istiqamətlənmə ilə bağlı bütün sualların cavabı məlum olub. Düşünmək olar ki, yekun data yalnız Qazaxıstan tərəfə verilib. Prezidentin dünənki sərt açıqlamaları həm də Rusiya və Qazaxıstana yönəlikdir, Qazaxıstandan ədalətli qərar gözləntisi ilə bağlıdır".
O.Gündüz vurğulayıb ki, bu məlumatların yenidən Qazaxıstanın hökumət komissiyasında araşdırılmasında Azərbaycan və Braziliya tərəfinin, beynəlxalq ekspertlərin iştirakı çox vacibdir: "Qazaxıstan ədalətli mövqe sərgiləyə biləcəkmi? Ötənlər göstərir ki Qazaxıstan prezidenti bir sıra prinspial məqamlarda Rusiya ilə dirəşib. Beynəlxalq ictimaiyyət, Qazaxıstan ictimaiyyəti də artıq bu məsələ ilə bağlı yetərincə məlumatlanıb. Yəni ədalətsiz qərar Qazaxısatana asan başa gəlməyə bilər. Qazaxıstanın ədalətli qərar verməsi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı güvənin və həmrəyliyin gücləndirilməsi baxımından, qurumun beynəlxalq miqyasda etibarının güclənməsi baxımından ciddi əhəmiyyət kəsb edir. İnanmaq istərdim ki, bizə dost ölkə olan, TDT-də önəmli yeri olan Qazaxıstanın qərarı ədalətli olacaq.
Amma dəqiq bilinən odur ki, əgər Qazaxıstan tərəfi basqılara tab gətirməyib ədalətsiz bir münasibət sərgiləcəsə, bu məsələdə Rusiyaya güzəştə getməyən Prezident İlham Əliyevin Qazaxısatana güzəştə gedəcəyini düşünmək ağılsızlıq olardı. Ümid edirəm Qazaxıstan tərəfi də bunun fərqindədir",
Aytac,
Sitat.info