İki su kanalının ortasında əkin sahələri susuzluqdan məhv olur: Bərdə torpaqları səhraya dönür VİDEOREPORTAJ

10:36 21 İyun 2022

Hazırda Azərbaycanda əksər bölgələrdə aqrar sektorun əsas problemi su çatışmazlığıdır. Fermerlər əkin-biçin üçün su mənbələri tapa bilmədiyindən və müasir suvarma sistemləri olmadığından əkinlər yanır, normal məhsuldarlıq əldə etmək problemə çevrilir.

SİTAT.İNFO xəbər verir ki, belə kəndlərdən biri də Bərdə rayonunun Mustafaağalı kəndidir. Məlum olduğu kimi, Bərdə ölkənin ən məhsuldar rayonlarından biridir və əhalisi də kənd təsərrüfatına, əkinçiliyə, pambıqçılığa, tərəvəz istehsalına, heyvandarlığa böyük maraq göstərir. Lakin son illərdə yaşanan su problemi insanların əlini əkin-biçindən soyudub.

Mustafaağlı kəndinin əsas problemi isə odur ki, bu kənd iki böyük su kanalının arasında yerləşir. Yüzhektarlarla əhali susuzluqdan səhraya döndüyü halda, kanaldan boş yerə su axıb gedir.

Kəndlilər isə kiçik su mənbələrinin üstündə hər gün davaya çıxırlar. Onların dövlətdən əsas xahişi suvarma sistemlərinin qurulması və bu kanallardan gələn suyun əkinə yönəldilməsidir. Bunun üçün dövlət tərəfindən maliyyə ayrılarsa,  çox böyük bir ərazidə yüksək məhsuldarlıq əldə etmək mümkün olar.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA

SİTAT.İNFO



Xəbər xətti