Gizli gələn xəstəlik! Böyrək XƏRÇƏNGİNİN əlamətləri bunlardır...

10:58 11 May 2022

Hər il 100 min nfərin  16-da böyrək xərçəngi aşkarlandığını bildirən Urologiya Mütəxəssisi Dr. Ahmet Şahan, böyrək xərçənginin uroloji xərçənglər arasında prostat və sidik kisəsi xərçəngindən sonra ən çox rast gəlinən onkoloji xəstəlik olduğuna diqqət çəkib.
Böyrək xərçənginin dəqiq səbəbinin bilinmədiyini deyən urologiya mütəxəssisi yaş irəlilədikcə, xəstəliyə tutulma halları da artır. Böyrək xərçəngi daha çox kişilərdə  rast gəlinir. 

"Hipertoniya ilə bağlı dərmanların böyrək xərçəngi ilə əlaqəli olduğunu ortaya çıxaran araşdırmalar da var. Siqaret də risk faktorları arasındadır. Genetik əlamətlər də böyrək xərçənginə səbəb ola bilər. Xəstələrin əksəriyyətində, yəni təxminən 70 faizində heç bir əlamət olmadan, hansısa başqa səbəbdən aparılan müayinələr  zamanı  bu diaqnoz aşkarlanıb. Bu xəstələrin əksəriyyətində problem böyrəklə məhdudlaşıb  və əməliyyatla tamamilə müalicə olunublar.
Sidikdə qan, qarında hiss olunan sərtlik və digər ağrılar  isə böyrək xərçənginin klassik əlamətləridir. Bu gün bu əlamətlər xəstələrin kiçik bir hissəsində, təxminən 15 faizində müşahidə olunur. İrəli mərhələdə xəstəlik, sümük ağrısı, öskürək, çəki itkisi kimi şikayətlərə də  səbəb olur. Böyrək xərçəngində dərman və radiasiya terapiyası nəticə vermir. Müalicənin əsası xərçəng toxumasının cərrahi yolla çıxarılmasıdır.

Müalicənin yalnız cərrahi yolla olduğunu nəzərə alsaq, burada erkən diaqnoz önəmlidir. Erkən mərhələdə diaqnoz qoyulan və xərçəng şişi əməliyyatla çıxarılan xəstələrin 90 faizdən çoxu tamamilə sağalır. Ailəsində böyrək xəstəliyi olanlara tövsiyə edilir ki, böyrək xərçəngi ilə bağlı  müayinə olunsunlar.

Müalicədə mövcud yanaşma göstəriciləri uyğun gələn xəstələrdə qapalı cərrahiyyə yolu  ilə yalnız xərçəng toxumasının çıxarılmasıdır. Beləliklə, böyrək funksiyaları qorunub saxlanılır, xəstələr daha az ağrı hiss edir,  daha tez normal həyatlarına dönürlər. Kiçik kəsiklərlə edilən əməliyyatla daha yaxşı estetik nəticələr əldə edilir.

Günel,

SİTAT.İNFO



Xəbər xətti