Çin ABŞ nefti, kömür və LNG-yə tariflər tətbiq edir

12:23 4 Fevral 2025

Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan Amerikanın enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək.

Sitat.info xəbər verir ki, Dövlət Şurasının qərarına əsasən, neftə 10%, kömür və LNG - 15% rüsum tətbiq ediləcək.

Bundan əlavə, Amerikanın yığcam avtomobillərinə, pikap maşınlarına və kənd təsərrüfatı texnikasına 10% rüsum tətbiq olunacaq.

2024-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 688,28 milyard dollar təşkil edib. Eyni zamanda, ABŞ-dan Çinə tədarük 163,62 milyard dollar təşkil edib. Amerika neftinin tədarükü pul ifadəsində 6 milyard dollar, LNG - 2,4 milyard dollar, kömür koksu isə 1,8 milyard dollar təşkil edib.

Məğrur,

Sitat.info 



Xəbər xətti